Ön xətdə yerləşən bölmələrdə silsilə tədbirlər keçirilib


20:24     25 İyun 2020 2020/06/15930-1593099110_1593102311.jpg

Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən ön xətdə yerləşən bölmələrdə Silahlı Qüvvələr Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bayram tədbirlərində iştirak edən hərbi qulluqçulara Azərbaycan Ordusunun yaranma tarixi ilə bağlı ətraflı məlumat verilib, videoçarxlar nümayiş olunub, viktorina, məntiq, musiqi və idman yarışları keçirilib. Qaliblərə döş nişanları və müxtəlif hədiyyələr təqdim edilib.

Təşkil edilmiş tədbirlər çərçivəsində “Əsgər məktubu” layihəsi keçirilib.

Açar sözlər:

Oxunub: 702