Bakıda kirayə qalan qızın mənzilindən oğurluq olub


09:33     26 İyun 2020 2020/06/1593148961698_kRfTfBXz_1593150870.jpg

Bakıda mənzildən oğurluq olub.

APA-nın məlumatına görə, Binəqədi rayonu, Ziya Bünyadov küçəsində yerləşən mənzillərin birində kirayə yaşayan 1996-cı il təvəllüdlü Aydan Məmmədovanın mənzilindən açar seçmə yolu ilə 970 manat dəyərində məişət əşyaları və ümumi dəyəri 600 manat olan 2 ədəd mobil telefonı oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1989-cu il Əliheydər Alıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır

Açar sözlər:

Oxunub: 398