Cəbhədən xəbər var
10:06 26 İyun 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub.
Femida.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Oxunub: 698
Oxşar xəbərlər
- Cəbhədən SON XƏBƏR
- Cəbhədən SON XƏBƏR
- Cəbhədən SON XƏBƏR
- "Onlar robot kimidirlər, qorxmadığımızı deməyəcəm" - Ön cəbhədən qayıdan erməni hərbçi
- Cəbhədən SON XƏBƏR: Qələbə bizimlədir!
- Cəbhədən YENİ XƏBƏR: düşmən snayper və pulemyotlardan atəş açdı
- Cəbhədən xəbər var
- Cəbhədən SON XƏBƏR
- Cəbhədən xəbər var
- Cəbhədən SON XƏBƏR