Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlim keçir


12:01     26 İyun 2020 20_06_26_1593158585.jpg

Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti dəfə hərbi təlimlərə başlayıb.

Femida.az -ın xəbərinə görə, ermənilər bu dəfə də Ağdamın Uzundərə adlanan ərazisində cəmləşib. İşğalçı ordunun hərbçiləri təlimlərə bu gün saat 11:00 radələrində başlayıb. Uzundərədə quraşdırılan ağır artilleriya qurğularından çıxan mərmilər Şahbulaq yüksəkliyinin ətrafındakı dağ massivinə düşür. Mərmilər hədəfə dəyərkən çıxan partlayış səsləri cəbhəyanı yaşayış məntəqələrindən eşidilir.

Açar sözlər:

Oxunub: 603