Rusiyada COVID-19-a yoluxanların sayı 620 mini keçib


12:16     26 İyun 2020 20_06_26_1593158835.jpg

Rusiyada son sutka ərzində daha 6800 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Femida.az -ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 620 794 nəfərə çatıb.

Son sutka ərzində 176 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8781 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 384 152 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Açar sözlər:

Oxunub: 605