ABŞ səfirliyi Azərbaycanı təbrik edib


13:03     26 İyun 2020 abs5.jpg

ABŞ-ın Bakıdakı səfirliyi 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Femida.az xəbər verir ki, təbrik mətni səfirliyin rəsmi "Facebook" səhifəsində paylaşılıb.

“Bu gün biz Azərbaycanın Silahlı Qüvvələr Gününü qeyd etməkdə sizə qoşuluruq. Amerikalı və azərbaycanlı hərbçilər illər boyu istər Əfqanıstanın gələcəyi naminə, istərsə də NATO təlimlərində birgə çiyin-çiyinə çalışıblar.

Biz birlikdə bir çox terrorizm və narkotik alverinə qarşı mübarizə aparmışıq, regionda və dünyada sülh naminə çox çalışmışıq”.


Femida.az

Açar sözlər:

Oxunub: 628