Bakı sakinindən “Makarov” götürüldü


13:06     26 İyun 2020 2020/06/389b6-1593161668_1593162430.jpg

Bakı şəhər sakinindən “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçiriblər.

Əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ş.Həsənov saxlanılıb.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 683