Baş Prokurorluq Beyləqandakı qətllə bağlı məlumat yaydı
13:34 26 İyun 2020
Bakı şəhər sakini Nazim Musayevin 16 iyun 2020-ci il tarixdən itkin düşməsi ilə bağlı Nizami RPİ-nə daxil olmuş müraciət əsasında aparılan təxirə salınmaz əməliyyat-axtarış tədbirləri zamanı Ziyəddin Seyidovun izahatı alınarkən, sonuncu N.Musayevi öldürdüyünü etiraf edib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri zamanı Nazim Musayevin meyiti Ziyəddin Seyidovun qeyd etdiyi ünvanda aşkar edilmiş, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə ilkin baxış zamanı bədəni üzərində zorakılıq əlamətləri aşkar olunub.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla Ziyəddin Seyidovun Nazim Musayevi öldürüb işlədiyi Beyləqan rayonu Yuxarı Aran kəndi ərazisində yerləşən fermanın həyətində basdırmasına əsaslı şübhələr müəyyən edildiyindən, Z.Seyidov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyət tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 848
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM