GUAM Azərbaycanı təbrik etdi


13:37     26 İyun 2020 2020/06/d94d9fc0-a863-4428-b6cd-0120e6ee6ae2_1593164868.jpg

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı GUAM Azərbaycanı 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Femida.az xəbər verir ki, təbrik mətni təşkilatın rəsmi "Twitter" səhifəsində yayılıb.

“Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatı GUAM katibliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir”, - təbrikdə qeyd olunub.

Qeyd edək ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional siyasi-iqtisadi təşkilatdır. Qurum 1997-ci il oktyabrın 10-da yaradılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 705