Komitənin koronavirusa yoluxan əməkdaşları sağalıb


16:57     26 İyun 2020 2020/03/koronavirus_1585572132.jpg

Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxan ikinci əməkdaşı da sağalıb.

Femida.az xəbər verir ki, bunu Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib.

“Diasporla İş üzrə Dövlət Komitəsini virusa yoluxan 2 əməkdaşından birinin tam sağalaraq xəstəxanadan evə buraxıldığını yazmışdım. Artıq digər əməkdaşımızın da sağaldığı xəbərini aldıq. Bu bəlaya düçar olan hər bir insanla bağlı belə xoş xəbər eşitmək arzusundayıq. Peşəkar həkimlərimizə çox-çox təşəkkür edirik. Bütün dünyanın bu qlobal problemə qalib gəlməsini arzulayırıq”, - deyə komitə rəsmisi qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 478


Oxşar xəbərlər