Məhkəmə hakimi koronavirusdan vəfat edib - FOTO


16:59     26 İyun 2020 2020/06/hakim-1593176228_3186353040.jpg

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov koronavirusdan vəfat edib.

Femida.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa "Facebook"da məlumat paylaşıb.

"İndicə aldığım xəbər çox acı oldu. Universitetdə tələbə yoldaşım, Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Teyyub oğlu Məmmədov Astarada müalicə aldığı xəstəxanada koronavirusdan 55 yaşında vəfat etdi. Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun", - deyə deputat bildirib.



Femida.az

Açar sözlər: #hakim  

Oxunub: 5728