Ermənistanda məhkəmə işçilərində də koronavirus aşkarlandı


19:26     26 İyun 2020 20_06_26_1593185243.jpg

Ermənistanın 23 məhkəmə pristavında koronavirus aşkar edilib.

Femida.az xəbər verir ki, bu barədə respublikanın Məhkəmə Aktlarının İcbari İcrası Xidmətində bildiriblər.

"Bildiririk ki, hal-hazırda 23 əməkdaşda (Məhkəmə Aktlarının İcbari İcrası Xidmətində - red.) koronavirusa yoluxma təsdiq edilib. Onlar müalicədə edilirlər, həmin şəxslərlə əlaqədə olan işçilər isə özünütəcrid rejimindədirlər", - deyə xidmətin “Facebook”dakı səhifəsində yerləşdirilən xəbərdə deyilir.

Qeyd edilir ki, koronavirus epidemiyası ilə əlaqədar məhkəmə icraçılarının işi məhdudlaşdırılıb.

Xatırladaq ki, Ermənistanda rekord sayda yoluxma faktı qeydə alınıb. Ölkədə daha 759 nəfərdə koronavirus aşkarlanıb. Bununla da virusa yoluxanların sayı 23 247-yə yüksəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 663