Estoniya və Azərbaycan XİN başçıları arasında telefon danışığı olub
09:46 27 İyun 2020
Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun Estoniyadan olan həmkarı Urmas Reynsalu ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, nazirlər qlobal pandemiya ilə bağlı mövcud vəziyyəti, yeni koronavirus ilə mübarizə çərçivəsində görülən tədbirlər, həmçinin bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, o cümlədən, siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Estoniyanın Xarici İşlər naziri ölkəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.
Elmar Məmmədyarov Estoniyanın Təhlükəsizlik Şurasının sədrliyindən bəhs edərək, bu xüsusda "Avropa torpağında İkinci Dünya müharibəsinin bitməsindən 75 il sonra - gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti" mövzusunda Arria-formulu üzrə keçirilmiş yüksək səviyyəli iclası qeyd edib.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Oxunub: 748
Oxşar xəbərlər
- Azərbaycan və Estoniya XİN başçıları arasında məktub mübadiləsi olub
- Rusiya Litvanın 4, Latviya və Estoniyanın 6 diplomatının akreditasiyasını ləğv edib
- Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti Estoniyaya səfərə gedib
- İlham Əliyev Estoniyanın yeni Prezidentini təbrik edib
- Anar Məhərrəmov Azərbaycanın Estoniyada səfiri təyin edilib
- Estoniya Prezidenti İlham Əliyevi təbrik edib
- Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq
- Estoniyada erməni təxribatının qarşısı alındı
- İlham Əliyev estoniyalı həmkarını təbrik edib
- Rusiyaya cəsusluq edən 2 kişi Estoniyada həbs edilib