Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı açıqlama
11:06 27 İyun 2020
“Əməkdar artist Bəhram Bağırzadənin səhhətində müəyyən müsbət dinamika qeyd edilir, lakin vəziyyəti ağır olaraq qalır".
Bunu Femida.az -a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülüb.
Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Femida.az
Oxunub: 701
Oxşar xəbərlər
- Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı AÇIQLAMA
- Bəhram Bağırzadə süni nəfəs aparatından ayılıb
- Bəhram Bağırzadə ECMO cihazından ayrılıb
- Bəhram Bağırzadənin vəziyyəti necədir? - AÇIQLAMA
- Bəhram Bağırzadədən xəbər var
- Bəhram Bağırzadənin son durumu AÇIQLANDI
- Bəhram Bağırzadənin son durumu açıqlandı
- Bəhram Bağırzadənin səhhəti ilə bağlı son durum açıqlandı