Rəsulzadənin fotosu olan maskanı taxdığı üçün saxlanılıb? - DİN-dən AÇIQLAMA
12:12 27 İyun 2020
Daxili İşlər Nazirliyi dünən Sumqayıt şəhərində üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün saxlanıldığı bildirilən şəxslə bağlı açıqlama verib.
Femida.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov vətəndaşın yalan danışdığını bildirib:
"Cavid Məmmədzadənin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması yalan məlumatdır. Birincisi, hörmətli bir şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?
Onun saxlanma səbəbinə gəlincə isə, Cavid Məmmədzadə xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabeçilik göstərmədiyini görə saxlanılıb. O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də, bu əmrə tabe olmayıb. Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib".
Oxunub: 859
Oxşar xəbərlər
- Məhəmməd Əmin Rəsulzadənin vəfatından 66 il ötür
- Vitse-spiker: "Paşinyanın Rəsulzadə ilə bağlı dedikləri sayıqlamadır"
- Rəsulzadənin nəvəsindən Paşinyana cavab
- Rəsulzadənin adı verilən gəmi qəzaya düşdü
- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür - 135 İL
- Rəsulzadənin üçüncü barelyefi - Bu dəfə təkcə adı saxladılar
- Rəsulzadənin barelyefini oğurlayan şəxs tutulub
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün SSRİ tərəfindən ölüm əmri verilən QƏHRƏMAN - "Mixaylo" haqqında gizli qalanlar
- Bakının bu rayonlarında qaz olmayacaq
- “Rəsulzadəyə lazımi qiymət vermirik” - Millət vəkili