Şirvanda vətəndaşlardan hədə-qorxu yolu ilə pul alan şəxs tutulub


12:56     27 İyun 2020 20_06_27_1593248224.jpg

2019-cu və 2020-ci illər ərzində Şirvan şəhər sakini E.Əmənov, barəsində rüsvayedici məlumatları yayacağı adı ilə hədələyib Şirvan şəhər sakinləri F.H-dan 680 manat, A.Ş-dan 650 manat, V.Ə-dən 200 manat, A.A-dan 390 manat və Bakı şəhər sakini E.Ə-dən 200 manat pul alıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əmənov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə )maddəsi ilə cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 864