Polis bu şəxsi 42 kq marixuana ilə yaxaladı
14:07 27 İyun 2020
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini Bayram Sadıxov saxlanılıb.
Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Ona məxsus Bilgəh qəsəbəsində yerləşən evin həyətindəki istixanaya baxış keçirilən zaman 1 131 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkar olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq istixanadan əlavə quru və yaş halda ümumi çəkisi 42 kq marixuana da aşkar olunub. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri həm satmaq, həm də şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Bayram Sadıxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 801
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Polis Yevlaxda əməliyyat keçirib, ata-oğul saxlanılıb
- Polis qadını iş başında tutdu: Görün nə edirmiş +VİDEO
- Polis azad edilmiş ərazilərə keçmək istəyən yeniyetməni saxlayıb
- Polis bu qızı axtarır - Foto
- Polisin şöbədə arvadını öldürdüyü an - VİDEO
- Polis şöbəsində arvadını güllələyən serjanta 18 il həbs cəzası verilib
- Polis əməliyyat keçirib, “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb
- Polis əməliyyat keçirib, 76 kq narkotik dövriyyədən çıxarılıb