ÜST: Vaksin hazırlamaq üçün 31 milyard dollar lazımdır


18:51     27 İyun 2020 2020/06/tedro-1593269342_1593269562.jpg


"COVID-19 üzərində tam qələbə qazanmaqdan ötrü effektli vaksinin tapılması vacibdir"

Femida.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus deyib. Onun sözlərinə görə, pandemiyanın miqyası böyüyür.

"Ebola ilə mübarizə üçün bizim effektiv vaksinimiz var idi, COVID-19-a qarşı hələlik vaksinimiz yoxdur” , - deyən ÜST rəhbəri vurğulayıb ki, koronavirusa qarşı vaksin və dərmanlar hazırlamaq üçün 31 milyard dollardan çox vəsait toplanmalıdır.

O, qeyd edib ki, indiyədək bu məqsədlə 3,4 milyard dollar maliyyə vəsaiti yığılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2828