Serbiya parlamentinin spikeri koronavirusa yoluxub


19:24     27 İyun 2020 2020/06/maya_qoykovich_270520_1593271549.jpg

Serbiya parlamentinin sədri Maya Qoykoviç koronavirusa yoluxub.

Femida.az-ın məlumatına görə, bu barədə "Tanyuq" agentliyi bildirib.

Məlumata əsasən, M.Qoykoviç sətəlcəm xəstəliyinə tutulub.

O koronavirus xəstələri üçün xəstəxanaya göndərilib. Bildirilib ki, 57 yaşlı siyasətçi özünü yaxşı hiss edir.

Femida.az

Açar sözlər:

Oxunub: 538