Ermənistanda keçmiş deputat 5 il müddətinə həbs edilə bilər


20:01     27 İyun 2020 2020/06/7a65d73b-74dd-4d75-8221-6dd8ac800cc7_1593273739.jpg

Ermənistanda Çiçəklənən Ermənistan Partiyasından millət vəkili olmuş Abraam Manukyan seçicilərə rüşvət verməkdə ittiham edilərək həbs edilib.


Femida.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Baş prokurorluğun nümayəndəsi Gor Abramyan bildirib.

Onun sözlərinə görə, Yerevan Şəhər Ümumi Məhkəməsi onun həbs edilməsi barədə vəsatəti təmin edib.

Belə ki, Abraam Manukyanın 2017-ci ildə keçirilən parlament seçkilərində seçicilərə rüşvət verməsi iddiası öz təsdiqini tapıb.

Keçmiş deputat 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 566