Azərbaycanda daha bir məhkəmə hakimi vəfat etdi


09:13     28 İyun 2020 2020/06/a94b2cf3-4057-4187-9477-6e7e1d6d8e43_1593321242.jpg

Bakı Apellyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov vəfat edib.


Bu barədə Femida.az-a vəkil Orxan Kəngərli məlumat verib.

Onun sözlərinə görə, mərhum iyunun 28-də dəfn ediləcək.

M.Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərirdi.

Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimidir. Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat edib. Onların hər ikisi COVID-19-a yoluxubmuş.

Femida.az

Açar sözlər: #hakim   #ədliyyə   #vəfat   #koronavirus  

Oxunub: 4852