Azərbaycanda daha bir məhkəmə hakimi vəfat etdi
09:13 28 İyun 2020

Bakı Apellyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov vəfat edib.
Bu barədə Femida.az-a vəkil Orxan Kəngərli məlumat verib.
Onun sözlərinə görə, mərhum iyunun 28-də dəfn ediləcək.
M.Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərirdi.
Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimidir. Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat edib. Onların hər ikisi COVID-19-a yoluxubmuş.
Femida.az
Oxunub: 5214
Oxşar xəbərlər
- İlham Əliyev Şuşa icra hakimiyyətinin binası ilə tanış olub
- Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib
- Şəmkir Rayon İcra Hakimiyyətində kadr təyinatı olub
- Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
- Sumqayıt şəhər İcra Hakimiyyət Başçısının müavini vəfat edib
- Şirvan Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan vəfat edib
- Ali Məhkəmənin hakimləri “YAŞAT” Fonduna dəstək oldular
- Ədliyyə işçiləri və hakimlərdən “YAŞAT”a dəstək
- Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
- Cəlilabad icra hakimiyyətinin binasında əməliyyat keçirilir