Ağdaşda karantin qaydalarını pozanlar həbs olundu


11:52     28 İyun 2020 2020/06/5ee746f9-db87-4bec-80f2-21982847e9f5_1593330861.jpg

Ağdaşda karantin qaydalarını pozaraq məclis təşkil edən obyekt sahibi inzibati həbs olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xüsusi karantin qaydalarını pozmaqla, şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin bir yerə toplaşaraq məclis təşkil etdiyi müəyyən olunub.

Həmin şəxslər restoranın açılışını qeyd etmək məqsədilə bir yerə toplaşdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən məclisi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə obyekti işlədən Asif İbrahimov 10 gün müddətinə inzibati həbs olunub, digərləri isə həbs olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 734