Türkiyə Azərbaycan sürücülük vəsiqələrinin tanınmasını təsdiqlədi
11:54 28 İyun 2020
Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı şəkildə tanınması tam reallaşıb.
Bu barədə Femida.az “Resmi Gazete”yə istinadən xəbər verir.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi” haqqında Sazişi təsdiqləyib.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişi 2016-cı il mayın 6-da təsdiqləyib.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Saziş 2016-cı il martın 15-də Ankara şəhərində imzalanıb.
Femida.az
Oxunub: 2404
Oxşar xəbərlər
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Yol polisi sürücülərə çağırış edib
- DYP sürücülərə müraciət edib
- Bakıda beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücünün məhkəməsi başlayır
- "Baku Bus"un sürücüsü ürəyindən bıçaqlandı
- 6 nəfərin öldüyü qəza ilə bağlı ŞOK: Sürücülük vəsiqəsi olmayan sürücü görün kimdir
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib