İcaze.e-gov.az portalında icazələrin bir hissəsi ləğv edildi
12:25 28 İyun 2020
Məlum olduğu kimi xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, 25 iyun 2020-ci il tarixində bununla bağlı Dövlət Agentliyi tərəfindən daxil edilən icazələrin nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunub.
Artıq sistem vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.
Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək.
İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.
Femida.az
Oxunub: 1361
Oxşar xəbərlər
- ETSN ilanbalığının ovuna icazə verilməsinin səbəbini açıqlayıb
- “Sputnik Azərbaycan”ın baş redaktorunun iş icazəsinin uzadılmasına imtina edilib
- İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanılıb
- Xocavəndə icazəsiz daxil olan şəxslər saxlanılıb
- Anar Rzayev: "Qardaşımın şirkətinə xüsusi defisit olan icazələrdən biri belə verilməyib"
- Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib
- Azərbaycandan Rusiyaya bəzi məhsulların dəmiryolu ilə daşınmasına olan icazənin müddəti uzadılıb
- Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək
- Azərbaycana hava yolu ilə daha iki ölkə vətəndaşının giriş-çıxışına icazə verilib
- Azərbaycanda sahibkarlıq fəaliyyətinə icazələrin siyahısı genişləndirilir