5G koronavirus yaymır - RƏSMİ AÇIQLAMA


13:19     28 İyun 2020 20_06_28_1593336198.jpg


Viruslar radiodalğalar mobil şəbəkələr vasitəsilə yayılmır.


Femida.az xəbər verir ki, bu fikir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycam Nümayəndəliyinin rəsmi səhifəsində bildirilib.

Qeyd olunub ki, COVID-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.

"COVID-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsilə yayılır. Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz", - deyə məlumatda vurğulanıb.

Femida.az

Açar sözlər: #koronavirus   #5g  

Oxunub: 754