Bakıda yas mərasiminə gedən həkim koronavirusa yoluxub öldü
19:42 28 İyun 2020
Bakıda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.
Femida.az xəbər verir ki, deputat Qənirə Paşayeva həkimin koronavirusdan dünyasını dəyişdiyini bildirib.
Deputat qeyd edib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2015-ci ildən özəl klinikların birində fəaliyyət göstərib.
Oxunub: 818
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb