Koronavirusdan güclü qoruyucu tapılıb
21:29 28 İyun 2020
ABŞ-dakı Scripps Araşdırma İnstitutunun alimləri, koronavirusdan güclü şəkildə qorunmanı təmin edən antitel aşkar ediblər.
Femida.az e-tibb.az-a istinadən bildirir ki, bu, COVID-19-dan xilas olan xəstələrin qanında tapılan antiteldir. Bu barədə "Science" jurnalında dərc olunan məqalədə bildirilib.
Tədqiqatçılar xəstəliyin yüngül və ağır formada keçirən insanlardan qan nümunələri götürblər. Təcrübə zamanı mütəxəssislər, virusun hüceyrəyə daxil olmaq üçün təmasda olduğu ACE2 reseptorunu sintez edən test hüceyrələrindən istifadə ediblər. Alimlər özündə antitel ehtiva edən qanın virusla qarşılaşdıqda orqanızmı yoluxmadan qorumaq imkanlarını araşdırıblar.
Mütəxəssislər, SARS-CoV-2-yə qarşı fərqli antirtel sintez edən B hüceyrələri adlanan mindən çox fərqli immun hüceyrələrini təyin ediblər. Antitelləri kodlaşdıran genlərin ardıcıllığıni öyrəndikdən sonra onları laboratoriyada sintez ediblər. Sınaqlar göstərib ki, bəzi antitellər az miqdarda olsa da, test hüceyrələrinin infeksiyasının qarşısını alaraq virusu təsirli şəkildə blok edə bilir.
Alimlərin fikrincə, heyvanlar üzərində növbəti təhlükəsizlik testləri və insanları əhatə edən klinik sınaqlar müvəffəqiyyətlə nəticələnsə, antitellərdən gələn ilin yanvar ayında müalicə üçün istifadə edilə bilər.
Oxunub: 915
Oxşar xəbərlər
- Koronavirusdan vəfat edən Əməkdar artist Qubada dəfn olunub
- Koronavirusdan ölən məktəbli ilə bağlı rəsmi AÇIQLAMA
- Koronavirusdan ölənlərin sayı kəskin artdı - SON STATİSTİKA
- Koronavirusdan ölüm sayı 3100-ə çatdı - Azərbaycanda
- Koronavirusdan ölüm sayında rekord qeydə alındı
- Koronavirusdan ölən həkimlərin adları açıqlandı - SİYAHI
- Koronavirusdan sağalanların sayı 8700-ü keçdi
- Koronavirusdan sağalanların sayı 6799-a çatdı
- Koronavirusdan sağalanların sayı 1536 nəfərə çatdı - Azərbaycanda
- Koronavirusdan sağalanlar və testlərlə bağlı SON GÖSTƏRİCİLƏR