Qazaxda qohumunu öldürən şəxs tutulub - RƏSMİ
09:11 29 İyun 2020
İyunun 28-də saat 09.00 radələrində Qazax rayonu, Aslanbəyli kənd sakini 1972-ci il təvəllüdlü Telman Əhmədovun yaşadığı evin yaxınlığında bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Qazax rayon Prokurorluğundan bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İlkin istintaqla hadisənin zərərçəkmişin qohumu, 1990-cı il təvəllüdlü Fərrux Məmmədov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyənləşib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Fərrux Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 617
Oxşar xəbərlər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Qazaxda 4 gün əvvəl Kürdə batan yeniyetmənin meyiti tapılıb
- Qazaxda avtomobil 10 yaşlı uşağa ağır xəsarət yetirib
- Qazaxda yetkinlik yaşına çatmayan şəxsə toy edilməsinin qarşısı alınıb
- Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb
- Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var
- Qazaxda bir ailənin 3 üzvü avtomobil qəzasında xəsarət alıb
- Qazaxda 2 nəfər dəm qazından zəhərlənib
- Qazaxda təmizlik idarəsinin işçisi zibil yığan maşının altına düşərək ölüb
- Qazaxda bir ailə zəhərlənib