Rusiyada koronavirusa yoluxanların sayı 640 mini ötüb


12:04     29 İyun 2020 20_06_29_1593417920.jpg

Rusiyada son sutka ərzində daha 6 719 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Femida.az -ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 641 156 nəfərə çatıb.

Son sutka ərzində 93 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9 166 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 403 430 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Açar sözlər:

Oxunub: 590