Sürücülərin DİQQƏTİNƏ: Bu yollar bağlı olacaq


13:34     29 İyun 2020 2020/06/1593421573593_8UBhBsCv_1593423754.jpeg

Bakının mərkəzində iki küçə və bir prospektdə hərəkət məhdudlaşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələri, həmçinin Neftçilər prospektinin Cavanşir körpüsündən Azneft dairəsinədək olan istiqamətində bu gün axşam saat 23:00-dan səhər saat 6:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 340