İcazələrin ləğv olunma səbəbi AÇIQLANDI


14:07     29 İyun 2020 2020/06/karantin-cerime_yeni_1591596636.jpg

“Bəzi sahələrin işçilərin hamısının hərəkətinə icazə alması düzgün deyil”.


Bu sözləri Femida.az-a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev “icaze.gov.az” portalında bəzi icazələrin ləğv olunmasından danışarkən deyib.

Onun sözlərinə görə, həmin sahələrə işçilərin yarısı üçün icazə almaq tövsiyə edilir:

“Nazirlər Kabinetinin qərarı ilə bəzi sahələrin işçilərinin sərbəst hərəkəti üçün aldıqları icazə ləğv edilib. Bunlar əməkdaşlarının 50 faizinə icazə verilməsi nəzərdə tutulduğu halda, onların hamısına icazə alan sahələrdir. Nazirlər Kabinetinin verdiyi qərar isə hərəkətin məhdudlaşdırılması ilə bağlıdır. Tövsiyə edirik ki, fəaliyyətinə icazə verilən sahələr işçilərin yalnız 50 faizinə icazə alsın. Göstərilən tələbdən bir nəfərin belə artıq olmasına icazə verilmir”.

Femida.az

Açar sözlər:

Oxunub: 596