Zaqatalada 5 ton narkotik məhv edilib


14:23     29 İyun 2020 2020/06/15934-1593424126_1593426774.jpg

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş–xaş - 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bəhmətli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a bildiriblər ki, ümumi çəkisi 5 tona yaxın olan 9040 çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb. Həmin çətənə kolları yandırılaraq məhv edilib.

Faktla bağlı təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 671