Koronavirus İranda daha 162 nəfəri öldürdü


14:43     29 İyun 2020 2020/06/iran_coronavirus_220220_1593427475.jpg

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 162 nəfər vəfat edib.


Femida.az-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 10 670 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 536 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 225 205 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 186 180 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3037 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.


Femida.az

Açar sözlər:

Oxunub: 587