Aztəminatlı gənclərə yaşayış sahələri veriləcək


15:28     29 İyun 2020 2018/05/sosial-menzu_1525417356.jpg

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.


Femida.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna edilən müvafiq dəyişiklikdə qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 366