“Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli


15:51     29 İyun 2020 tehsil_nazirliyi_0443.jpg

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı”nın iyunun 30-na olan cədvəli təqdim edilib.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqramda ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və sair təqdim olunacaq. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcək.

“Dərs vaxtı” abituriyentlərin təhsillərini davam etdirmək arzusunu alqışlayır və bu işdə onlara kömək etməyə hazır olduğunu bildirir.

Təhsil Nazirliyi “Abituriyentlər üçün dərs vaxtı”nı izləməyi tövsiyə edir.

Açar sözlər:

Oxunub: 359


Oxşar xəbərlər