Karantini pozan kafe icarədarı və müştəriləri cəzalandırıldı
17:44 29 İyun 2020
Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.
Femida.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsi İctimai Təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, onlar 200 manat cərimə olunublar.
Femida.az
Oxunub: 729
Oxşar xəbərlər
- Karantini pozan 40 nəfər həbs edilib
- Karantini pozan repetitor saxlanılıb
- Karantini pozan 1296 nəfər cərimələndi
- Karantini pozan 3 147 nəfər cərimələndi
- Karantini pozan çayxana aşkar edilib
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
- Karantini pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlandı
- Karantini pozan 2 kafe aşkarlandı, 20 nəfər cərimələndi
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı