“Narkomaniyaya yox deyək!” mövzusunda videokonfrans keçirilib


18:12     29 İyun 2020 20_06_29_1593438635.jpg

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Cəlilabad rayon Gənclər və İdman İdarəsi və Cəlilabad Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Narkomaniyaya yox deyək!” mövzusunda videokonfrans keçirilib.

Bu barədə Femida.az -a Ombudsman Aparatından məlumat verilib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov bildirib ki, narkomaniya bu gün bəşəriyyəti düşündürən, narahat edən, cəmiyyətin ciddi bəlasına çevrilən və digər ağır nəticələrə gətirib çıxaran böyük təhlükə mənbəyidir. Z.İsmayılov vurğulayıb ki, BMT Baş Assambleyası 1987-ci ildə narkomaniyaya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması məqsədilə 26 iyun tarixini Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü elan edib. Diqqətə çatdırılıb ki, ölkəmiz narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı beynəlxalq müqavilələrə qoşulub, öz milli qanunvericiliyini beynəlxalq sənədlərə uyğun təkmilləşdirib.

Qeyd olunub ki, Azərbaycan Ombudsmanının fəaliyyətində də narkomaniyaya qarşı mübarizə, İİV/QİÇS-dən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işinə geniş yer verilir.

Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov və 2019-cu il “İlin gənc müəllimi” nominasiyasının qalibi Elçin Abbasov videokonfansda çıxış edərək narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd ediblər.

Videokonfransda interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.

Femida.az

Açar sözlər: #narkomaniya  

Oxunub: 3435