Düşmən atəşkəsi 35 dəfə pozub
10:35 30 İyun 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Acarlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 585
Oxşar xəbərlər
- Vətən müharibəsində DSX-nın PUA-ları düşmənin 290 hədəfini zərərsizləşdirib
- DTX Bakıda erməni təxribatını ifşa etdi - Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu - VİDEO
- Azərbaycan lideri: "Düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir"
- Ermənistan Qaragöl ətrafına hərbi qüvvə çıxarmağa cəhd edib, düşmənin təxribatı iflasa uğrayıb
- Snayperlərimizin düşmən qüvvələrini məhvetmə görüntüləri - VİDEO
- "Azərbaycan əsgəri, zabiti düşmənə öz yerini göstərdi" - Ali Baş Komandan
- Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib
- "Sərhədçilər müharibədə düşmənin 290 hərbi obyektini məhv edib"
- Füzulidə düşmənin atıb qaçdığı silah-sursatın sayı açıqlanıb
- Polkovnik düşmənin Horadiz istiqamətində əks-hücum cəhdinin qarşısının necə alındığını açıqlayıb