Azərbaycanda 2 vəkil koronavirusa yoluxub


11:32     30 İyun 2020 vekil%20esas.jpg

Azərbaycanda 2 vəkil koronavirusa yoluxub.

Femida.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

"Bu günə olan məlumata görə 2 vəkilimiz Covid-19 yoluxub, xəstəliklə mübarizə aparırlar. Onların hər ikisi ilə danışmışam, 24 saat ərzində istənilən məsələ üzrə müraciət etmələrini xahiş etmişəm, narahatlığımı bildirmişəm. Vəkil Çimnaz Eyyubova ilə biraz olar ki, danışdım, sağlamlıq durumu kafidir, ev şəraitində müalicə olunur, bütün vəkillərimizin salamını və dəstəyini ona bildirdim, çox sevindi. Çimnaz xanım təcrübəli vəkildir, 20 ildən çoxdur ki, Kollegiyanın üzvüdür, mübarizdir, güclü iradəyə malikdir,
bu xəstəliyə qalib gələcəyinə əminəm.

Böyük vəkil birliyimiz, ailəmiz hər zaman dəyərli vəkillərimizin yanındadır.
Allah bütün xəstələrə, o cümlədən, bizim xəstəlikdən əziyyət çəkən vəkillərimizə şəfa versin!" - deyə Anar Bağırov bildirib.

Məlumata görə, koronavirusa yoluxan digər vəkil Ramin Hacıyevdir.

Femida.az

Açar sözlər: #vəkil   #koronavirus  

Oxunub: 1774