Daha iki rayona yeni prokuror təyin olundu


14:17     30 İyun 2020 kamran7.jpg

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Femida.az-ın məlumatına görə, baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bundan başqa, baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 382