Sosial xidmətlərin keyfiyyətinə vahid nəzarət mexanizmi yaradılır


15:25     30 İyun 2020 2020/06/f2502e36-512d-4c54-b388-2bf28392542a_1593516382.jpg

Sosial xidmətlər sahəsində aparılan islahatlar çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmət müəssisələrinin fəaliyyətinin keyfiyyət tələblərinə uyğunluğuna vahid nəzarət mexanizmi yaradılır.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, məqsəd bu mexanizm əsasında həmin müəssisələrin fəaliyyətinin monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsidir.

Müvafiq sahədə kadrların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin vaxtaşırı qiymətləndirilməsi, karyera inkişafı zamanı bu monitorinq qiymətləndirmənin nəticələri əsas götürüləcək.

Eyni zamanda, sosial xidmət müəssisələrinin yüksək ixtisaslı peşəkar kadrlarla komplektləşdirilməsi əsas hədəflərdən biridir. Bu məqsədlə sosial xidmətlər üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla meyarların hazırlanması da nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 625