Nazirlikdən poliklinikalarla bağlı AÇIQLAMA
15:27 30 İyun 2020
“Bütün poliklinikalara PZR testlərin aparılması üçün lazımi vasitələr verilib. Eyni zamanda testləri götürəcək tibb işçiləri bütün fərdi qoruyucu vasitələrlə, o cümlədən kombinezon, cərrahi xalatlar, maskalar, dəbilqə, ən vacibi N95 maskaları, əlcəklərlə tam təmin olunublar”.
Bunu Femida.az-a açıqlamasında Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib. O bildirib ki, bunun üçün maşınlar da ayrılıb: “Həkimin qərarı ilə poliklinikanın əməkdaşları, orta tibb personalı xəstəliyi, simptomları, yüksək riski olan şəxslərdən həmin testləri evlərdə götürəcəklər.
Koronavirus infeksiyası tənəffüs yollarının infeksiyasıdır. Sadəcə daha tez pnevmoniya yaradır. Bütün poliklinikalarda olan mütəxəssislər - terapevtlər, pediatrlar, sahə həkimləri yuxarı tənəffüs yollarının xəstəliklərinin (qrip, respirator, digər viruslu və ya bakterial infeksiyalar, pnevmoniya) sovet dönəmindən müalicəsini təmin ediblər. Yalnız xəstəxanada yerləşdirilməsi tələb olunan xəstələrə xəstəxanada baxıblar, qalanları ambulator qaydada müalicə olunub. Onlar ya poliklinikaya müraciət edib, ya da sahə həkimləri evlərə gedib müşahidə və müalicəni təmin ediblər. Bu infeksiyanın yoluxduruculuq qabiliyyəti yüksək olduğu üçün həmin pasiyentlərin poliklinikalara gəlməsi deyil, əksinə, tibb işçilərinin analizə görə evlərə getməsi təmin olunacaq. Həmçinin bu pasiyentlər daha yaxından təqib ediləcək. Çünki yüngül simptomlu pasiyentlərin vəziyyəti 2-3 gün ərzində ya mənfiyə, ya da müsbətə doğru dəyişə bilir”.
N. Seyidov qeyd edib ki, xəstələrin daha yaxından müşahidəsi poliklinikadakı sahə həkimləri tərəfindən aparılacaq: “Bunun üçün də kifayət qədər mütəxəssis var. Hamısı təlimlərdən keçirilib, təlimatlandırılıb. Müalicə alqoritmləri var. Digər vacib məqam odur ki, qripdən fərqli olaraq, koronavirus infeksiyasının spesifik müalicəsi yoxdur. Simptomu olmayan pasiyentlərin heç bir müalicəyə ehtiyacı yoxdur. Yüngül simptomları olanlara üçün isə bu simptomları aradan qaldıran, temperaturu aşağı salan, öskürəyə kömək edən dərman lazımdır”.
Femida.az
Oxunub: 632
Oxşar xəbərlər
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlikdən bayramla bağlı əhaliyə müraciət
- Nazirlikdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Nazirlikdən polietilen torbalardan istifadə edən sahibkarlara xəbərdarlıq
- Nazirlikdən şagirdlərin yerdəyişməsi ilə bağlı açıqlama
- Nazirlikdən şəhid ailələri və yaralılara psixoloji dəstək
- Nazirlikdən fermerlərə xəbərdarlıq
- Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gün...
- Nazirlikdən Qubadlıda məscidin təhqir olunması ilə bağlı BƏYANAT