Məmmədyarovla Mnatsakanyanın onlayn görüşü keçirilir


16:34     30 İyun 2020 memmedyarov1.PNG

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinə dair videokonfrans formatında görüş keçirilir.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də məlumat paylaşıb.

Onlayn görüşə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də qatılıblar.

Xatırladaq ki, dünən ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik nazirlərlə ayrıca videokonfrans keçiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 783