Azərbaycanda dərman qıtlığı var?
19:11 30 İyun 2020
“Bu gün nəticəsi pozitiv olan əməkdaşlar SMS vasitəsilə icazə alıb çölə çıxa bilmirlər. Çünki yeni yaradılan sistem buna imkan vermir”.
Femida.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, kimsə xəstədirsə, test verməyibsə və nəticəsini bilmirsə məsuliyyət hiss edib özünü izolyasiya etsin: “Çünki biz həmin insanlarla bağlı nəsə deyə bilmirik”.
Y.Qarayeva onu da qeyd edib ki, apteklərdə dərman qıtlığı ilə bağlı TƏBİB hər hansı səlahiyyətə malik deyil: “Biz üçün önəmli olan xəstəxanalardakı xəstələrin dərman təminatının yüksək səviyyədə təşkilidir”.
Oxunub: 806
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib