Bakıda döyüş tətbiqinə yararlı olan əl qumbarası aşkar edilib


09:04     01 İyul 2020 2020/07/1593556112622_HrqoKiG5_1593580014.jpeg

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub.


FHN-dən Femida.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.


XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib.

Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarasıdır. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1166