Azərbaycan XİN Kanadanı təbrik edib


11:20     01 İyul 2020 XIN.jpg

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kanadanı milli bayramı münasibətilə təbrik edib.

Femida.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Kanadanı milli bayramı – Kanada Günü münasibətilə təbrik edirik. Kanada xalqına cansağlığı, sülh və firavanlıq diləyirik. İnanırıq ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə inkişaf edəcəkdir”, - deyə təbrikdə vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 563