Tehrandakı partlayışda 19 nəfər ölüb, saxlanılanlar var


12:56     01 İyul 2020 2020/07/tehra-1593592095_1593592768.jpg

İranın paytaxtı Tehranda klinikalardan birində baş vermiş partlayış nəticəsində 19 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Femida.az ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin təcili yardım xidmətinin rəsmi nümayəndəsi Mocteba Xaledi bildirib.

Onun sözlərinə görə, yaralılardan 9 nəfər xəstəxanaya yerləşdirilib, daha 15 nəfərə isə yerindəcə yardım göstərilib.

Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb, onların arasında klinikanın rəhbəri də var.

Femida.az

Açar sözlər:

Oxunub: 375


Oxşar xəbərlər