İraq Azərbaycana təşəkkür edib


15:21     01 İyul 2020 20_07_01_1593602727.jpg

İraqın Xarici İşlər və Səhiyyə nazirlikləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün İraqa göndərdiyi tibbi yardıma görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq edib.

Bu barədə Femida.az -a İraqın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan hökumətinin bu yardımı ölkələrimiz arasında qardaşlıq bağlarının dərinliyini ifadə edən bir addım kimi dəyərləndirilib.

Xatırladaq ki, iyunun 30-da Azərbaycan hökumətinin 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardımı Bağdada çatdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 589