Bakıda karantin postları niyə yığışdırılıb?- AÇIQLAMA


17:42     01 İyul 2020 20_07_01_1593611068.jpg

Xəbər verdiyimiz kimi Bakıda sərtləşdirilmiş karantin rejimi üçün nəzərdə tutulan polis postlarının bir qismi götürülüb. Bir çoxları komendant saatı elan olunacağı üçün postların yığışdırıldığını iddia edir.


Femida.az xəbər verir ki,bununla bağlı Sonxeber.az-a danışan Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, postların yığışdırılması ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.


Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə məsələdən xəbərsiz olduğunu söyləyib.

Açar sözlər:

Oxunub: 1044